Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

H5N1 quş qripi virusunun üç hadisə əsasında rentgen tədqiqatı

Səhiyyə Nazirliyi öz Veb saytında quş qripi virusu H5N1 xəstəliyinə tutulmuş 3 adamın anonim əsasda rentgen tədqiqatlarının nəticələrini dərc edir. Bu nəticələrin aşkarlanaraq dərc edilməsinin əsas şərti odur ki, həm milli, həm də beynəlxalq səviyyədə yeni xəstəliyin anlanması yaxşılaşsın. Hər üç xəstəlik halının diqqətli öyrənilməsi göstərir ki, rentgen tədqiqatı nə qədər tez keçirilərsə, dəyişikliklərin o qədər cüzi olduğu meydana çıxır. Eyni vaxtda kliniki interpretasiyadan ötrü epidemioloji nəticələr böyük əhəmiyyət kəsb edir.

 

Biz faciəli itki ilə üzləşən ailələrə bir daha dərin hüznlə başsağlığı verir və epidemioloqların, veterinarların, həkimlərin, tibb bacılarının, radioloqların, laboratoriya heyətlərinin bütün səviyyələrdə bu mürəkkəb xəstəliyin müəyyən edilməsi və ona nəzarət sahəsində göstərdikləri səyin yüksək peşəkarlıqla həyata keçirdiklərini qeyd edirik. Hər üç xəstələnmə halı laborator təsdiqini almışdır. Epidemioloji mənzərə bütün xırdalıqları ilə ÜST-nin nəşrində: .Weekly eridemiological record (Numan avian influenza in Azerbaiyan, February-March 2006. Wkly Eridemiol Rec. 5 MAY 2006:81 (18): 183-8) httr://www.who.int/wer/2006/ wer8 18.rdf) jurnalında Eurosurveillance (Euro Surveill 2006; 11 (5): 122-6 httr://www.eurosurveillance. org/eq/2006/02-06 rdf/eq 5 2006 122-126.rdf) öz əksini tapmışdır. Hal-hazırda tam kliniki mənzərənin yazısı dərc edilməkdən ötrü hazırlanır, milli ekspertlər və ÜST ekspertləri üçün isə kliniki, laborator və epidemioloji tədqiqatların baza nəticələrinə giriş açıqdır.

 

1 hadisə

16 yaşında oğlan uşağı. Xəstəliyin 4-cü günündən Oseltamivirlə müalicə başlanmışdır. İntensiv yardım və kömək terapiyasına baxmayaraq, xəstəliyin 10-cu günü tələf olmuşdur.

 

2 və 3 hadisə

Hər iki halda temperaturun 2 günlük müddətdə azacıq yüksəlməsi (37,5 S) müşahidə edilib. Onlar tədqiq olunub və dərhal Oseltamivirlə müalicələri başlanılıb. Hər iki halda bir gün yarım, iki gündən sonra tempuratur normallaşdı. Dörd gündən sonra simptomların tam yoxluğu və laborator testlərinin normal nəticələri əsasında xəstələrin Oseltamivirlə müalicəsi dayandırılmış və onlar evə yerli həkimlərin nəzarətinə göndərilmişlər. Hər iki halda sonralar temperaturun 38 C-yə kimi yüksəlməsi müşahidə edilmişdir. Ailələri xəstələrin təkrar hospitalizasiyasına razılıq vermiş və bu zaman xəstələrə yardımçı terapiya göstərilmişdir. Xəstələrə oksigen də verilib, bəzən oksigen doymanın nəticələrinə görə hətta güclü axınla verilib. Oseltamivirlə müalicə yenidən başlanmışdır. Xəstələrin virusla potensial təması (kontaktı) qeyri-müəyyən olduğundan, hətta mümkün təkrar təması nəzərə alaraq temperaturun yüksəlməsi günü kimi göstərilir və bunun ardınca mötərizədə temperaturun birinci, azacıq yüksəldiyi gün göstərilir. Bu hallar xəstəliyin gedişinin 12-ci və ya 13-cü (19-cu və ya 20-ci) günlərində apiretik oldular. Hər iki halda xəstələr sağ-salamat qaldı. Onların sağalma mərhələsində çəkilən rentgen şəkilləri də Veb saytda dərc olunmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013