Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qazax Rayon Mərkəzi Xəstəxanası (08.05.08)

Açıq tender elan edir

Tender 1 (bir) Lot üzrə keçirilir:

 

LOT-1. Ərzaq məhsullarının və çörəyin satınalınması.

 

Tender iştirakçılarına təklif edilir ki, yuxarıda göstərilən LOT üzrə öz tender təkliflərini möhürləmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

 

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

 

Əlaqələndirici şəxs: Xəlilov Əsəd

 

Telefon: 0279-5-15-63

 

Ünvan: Qazax şəhəri, H.ƏIiyev prospekti-175

 

Maraqlananlar LOT üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.

 

LOT—100 manat

 

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

 

Təşkilatın adı: Qazax RMX Qazax YXO
H/H: 132050000
VÖEN: 4200117891
"Kapitalbank"ın Qazax filialı
Kod: 200361
Müxbir hesabı: 3628010000
S.V.I.F.T.BIK AIIBAZ2X

 

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 


Tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır). İddiaçılar LOT üzrə tender təkliflərini 23 iyun 2008-ci il saat 17:00-a kimi yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

Tender təklifləri açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

 

Təklif zərfləri LOT üzrə 24 iyun 2008-ci il saat 15:00-da Qazax Mərkəzi Rayon Xəstəxanasının inzibati binasında açılacaqdır.

 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender Komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013