Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rəhbərlik (nazir, müavinlər)

Teymur Yusif oğlu Musayev

 

16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.

1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib.

1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb.

2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.   

2013-2015-ci illərdə “Riga İnternational School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsini alıb.

1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib.

1997-2001-ci illərdə H.T.P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib.

2001-2003-cü illərdə “Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.

2003-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015-2016-cı illərdə “Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub.

2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb.

2019-2020-ci ilin aprel ayına kimi “Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri,

23 aprel 2021-ci il tarixindən Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası Səhiyyə Nazirinin səlahiyyətlərinin icraçısı.

 

  

 

Əliyeva Nigar Ramiz qızı

 

1969-cu ildə Bakı şəhərində anadan olub.

1976-1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır.

1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “müalicə işi” fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir.

1992-1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında “terapiya” ixtisası üzrə internatura keçmişdir.

1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.

2009-cu ildən bu günə kimi Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışır.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə ixtisasartırma kursu keçmişdir.

2013-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilmişdir. 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

 

 

Ağayev Elsevər Məmməd oğlu

 

1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub.

1983-1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildə institutun dərman formalarının texnologiyası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayıb.

1990-cı ildə Səhiyyə Nazirliyinin “Farmokologiya və xalq təbabəti” elm - istehsalat birliyində mütəxəssis, 1990-1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləmişdir. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunmuşdur.

1997-cü ildə Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildən il AR Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 

2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. 

SN-nin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir. 

2013-cü ildə Tərəqqi medalı ilə təltif edilmişdir. 

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, Partiyanın Nəsimi rayon təşkilatının sədr müavinidir.

 

 

Əliyev Rahim Rafail oğlu

 

29.05.1982-ci ildə Bakı şəhərində anadan olub.

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.

2005-2006-cı illər ərzində Kliniki Tibbi Mərkəzin Sinir-damar xəstəlikləri şöbəsində Nevrologiya ixtisası üzrə internaturanı keçib.

2007-2012-ci illər ərzində Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin Diaqnostika şöbəsində həkim-nevropatoloq vəzifəsində çalışıb.

2012-2015-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasında baş laborant, 2015-2018-ci illərdə həmin institutun rezidentura şöbəsinin müdiri vəzifəsində çalışıb. 2015-ci ildən kafedranın assistenti vəzifəsində çalışır.

2012-2018-ci illərdə Dağınıq skleroz üzrə Dövlət proqramının komissiyasının üzvü olub.

2016-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasında konsultant nevropatoloq kimi fəaliyyət göstərib.

2018-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində çalışır.

2007-2017-ci illərdə bir sıra təşkilatların təşəbbüsü ilə Ukrayna, Çexiya, Avstriya, Belarusiya və Almaniyanın ali tibb ocaqlarında təcrübə kursları keçib.

Azərbaycanda və xaricdə bir sıra beynəlxalq konfrans və seminarlarda çıxışlar edib, bir sıra beynəlxalq tibbi konfrans və təlim kurslarının təşkilati komitəsinin üzvü olub.

2013-cü ildə tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib. 80-ə qədər elmi məqalənin, bir metodik tövsiyənin, bir klinik protokolun və bir tədris vəsaitinin müəllifidir.

2011-ci ildən Milli Nevrologiya Jurnalının təsisçisi və məsul katibidir.

2012-ci ildən Nevroloqların Milli Assosiasiyasının təsisçisi və məsul katibidir.

2015-ci ildən “Tibb və Elm” Əziz Əliyev adına elmi-praktik jurnalın Redaksiya şurasının üzvüdür.

2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının, Dünya insult təşkilatının və Avropa insult təşkilatının təşəbbüsü ilə yaradılan Avropa ölkələrində insultlu xəstələrə yardımın təkmilləşdirilməsi proqramının (ESO-EAST) Azərbaycan üzrə icraedici komitəsinin sədr müavinidir.

Ailəlidir, iki övladı var.

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

 

Qasımov Viktor Kərimoviç

 

1956-cı il 08 yanvar tarixində anadan olub.

1973-1979-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində ali təhsil alıb.

1979-1992-ci illərdə Respublika Sanitariya-Epidemioloji Stansiyasında həkim-toksikoloq, qidalanma gigiyenası bölməsində həkim və bölmə müdiri, sanitariya-gigiyena şöbəsinin müdiri vəzifələrində çalışıb.

1992-1996-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

1996-2005-ci illərdə Respublika  Gigiyena və Epidemiologiya Mərkəzinin və Mərkəzi Nəzarət Laboratoriyasında Nəzarət inspeksiyasının rəisi vəzifəsində işləyib.

2005-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri, 2020-ci ildən  İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

2020-ci ilin 5 mart tarixindən  Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini vəzifəsində çalışır.

2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı almışdır.

2013-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->