Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında”

Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

 

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. öz səlahiyyətləri daxilində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Televiziya və radio yayımı haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2010-cu il

№ 299

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013