Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Reseptsiz dərman buraxılan aptek təşkilatlarında operativ nəzarət tədbirləri keçirilmişdir

10 noyabr 2008

 

Reseptsiz dərman buraxılan aptek təşkilatlarında operativ nəzarət tədbirləri keçirilmişdir

 

Keçirilən operativ nəzarət tədbirləri nəticəsində oktyabr ayının son 10 gün ərzində apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması qaydalarının pozulması ilə əlaqədar Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən 17 fakt aşkar edilmişdir. Həmin faktlar rəsmiləşdirilərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230.1 maddəsinə əsasən cərimə sanksiyaları tətbiq edilmişdir.

 

Lisenziyalaşdırma və nəzarət sektoru

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013