Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı (10.11.2008)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

 

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2008-ci ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laborator müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 85 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 38 obyektin istsmarının dayandırılması barədə qərar qəbul edilmiş, 21 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 853, mikrobioloji göstəricilərinə görə 458, toksikoloji göstəricilərinə görə 83, radioloji göstəri-cilərinə görə 42 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 23-də orqanoleptik və fiziki-kimyəvi, 17-də mikrobioloji göstəricilərə görə normalardan kənara çıxma müəyyən olunmuşdur. Şadlıq evləri və restoranlardan götürülmüş 56 soyuq qəlyanaltı nümunəsinin 7-də, 3617 yaxma nümunəsinin 125-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Noyabr ayı ərzində əhali arasında 97 qida zəhələnmələsi hadisəsi baş vermiş 111 nəfər zərərçəkən olmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013