Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı (30.08.2010)

30 avqust 2010

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 102 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 65 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 70 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1013, mikrobioloji göstəricilərinə görə 741, toksikoloji göstəricilərinə görə 246, radioloji göstəricilərinə görə 40 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 5-də orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji, 5-də toksikoloji göstəricilərinə görə normativlərdən kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 4065 yaxma nümunəsi, 70 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 76-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

İyul ayı ərzində əhali arasında 110 qida zəhərlənməsi hadisəsi baş vermiş, 119 nəfər zərərçəkən olmuşdur. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 2 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013