Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı (01.08.2008)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

23 iyul 2008-ci il tarixdə Keşlə qəsəbəsi ərazisində kanalizasiya kollektorunda baş vermiş qəzanın sanitariya-epidemioloji fəsadlarının qarşısını almaq üçün sanitariya-epidemioloji xidmət tərəfindən bütün vacib tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. İlk gündən başlayaraq təşkil edilmiş həkim briqadaları vasitəsi ilə zərər dəyə biləcək əhali arasında geniş sanitar maarifləndirmə işləri aparılmış, sudan istifadə və gigiyenik qaydalar barədə məlumatlar verilmişdir. Qəza baş verən ərazidən keçən su xətlərində suyun çirklənmə ehtimalı olduğuna görə su kəmərlərinin suyu ciddi nəzarətə götürülmüş, gündəlik olaraq su nümunələri laboratoriya müayinələrinə cəlb edilmişdir. Eyni zamanda həmin ərazidə çirklənmə təhlükəsi ola bilən quyu suları da yoxlanmış və bir neçə quyunun mikrobioloji cəhətdən çirkləndiyi məlum olmuşdur. Təcili olaraq həmin quyuların zərərsizləşdirilməsi tədbirləri aparılmışdır. Hazırda təkrar laboratoriya müayinələri aparılır. Qəza baş vermiş ərazidə və kanalizasiya suları ilə çirklənmiş həyətlərdə və evlərdə bir neçə gün ərzində əsaslı dezinfeksiya işləri aparılmışdır. Tibbi sanitariya tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013