Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

    «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin siyahısı təsdiq edilsin (əlavə olunur).

 

2. İctimai təhlükəli xəstəliklərin siyahısı təsdiq edilsin (əlavə olunur).

 

3. Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydası təsdiq edilsin (əlavə olunur).

 

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 12 yanvar 1999-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013