Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə islahatları

Səhiyyə islahatları

 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 760 №-li Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradılmışdır. Onun tərkibinə iqtisadiyyat, maliyyə, ədliyyə nazirləri, Milli Bankın, Sosial Müdafiə Fondunun, Həmkarlar İttifaqları Konfederasiyasının, Dövlət Sığorta Nəzarətinin sədrləri, digər nazirliklərin və baş idarələrin rəhbərləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçiləri və başqaları daxildir.

 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 49 №-li Fərmanı ilə "Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qanunvericilik aktlarının və Dövlət proqramlarının əməli surətdə həyata keçirilməsi məqsədi ilə bir sıra normativ və metodik sənədlər işləyib hazırlanmış və təsdiq etmişdir. Sahənin istiqamətinin dəyişdirilməsi, əhaliyə tibbi yardım göstərilməsi və bu yardımın təşkili sahəsində islahatlar aşağıdakı əsas istiqamətlər üzrə getməlidir.

 

- səhiyyənin və əhalinin sağlamlığının qorunmasının yeni sisteminin qanunvericilik və hüquqi bazasının yaradılması;

 

- səhiyyə sisteminin idarə olunmasının mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş formalarının müəyyən edilməsi;

 

- ilkin tibbi-sanitariya yardımının üstünlüyü;

 

- tibb müəssisələri şəbəkəsinin və onların çarpayı fondunun səmərələşdirilməsi;

 

- sanitariya-epidemioloji xidmətində islahat aparılması;

 

- tibbi sığorta prinsiplərinə keçilməsi;

 

- pullu tibbi xidmətlərin inkişafı;

 

- farmasiya sistemində islahat;

 

- səhiyyədə özəlləşmə - tibb müəssisələrinin, tibbi heyətin, dərman maddələrinin və qida məhsullarının akkreditəsi, sertifikatlaşdırılması və lisenziyalaşdırılması;

 

- tibb təhsilinin islahatı;

 

- analitik informasiya xidmətində islahat.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013