“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 10 nömrəli qərarına əlavə və dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Qərar
№ 087
11.05.2010-cu il
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 10 nömrəli qərarına əlavə və dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 10 nömrəli qərarına əlavə və dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 10 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №1, maddə 41, №10, maddə 905; 2007-ci il, №10, maddə 1024; 2009-cu il, №3, maddə 199) “Kollegiyanın üzvləri” hissəsinə aşağıdakı əlavə və dəyişiklik edilsin:
1.1. “Qədirova Həqiqət Əbdul qızı – Respublika QİÇS- lə Mübarizə Mərkəzinin direktoru” sözləri çıxarılsın;
1.2. “Ağayev Elsevər Məmməd oğlu - səhiyyə nazirinin müavini” sözlərindən sonra “Mustafayeva Zəkirə Müslüm qızı - Səhiyyə Nazirliyi aparatının rəhbəri ” sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə