Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin Sərəncamlarına əsasən 2 aptek məntəqəsinin və 1 aptek köşkünün fəaliyyətləri dayandırılmışdır.

30 iyul 2008

 

Səhiyyə Nazirliyinin Sərəncamlarına əsasən 2 aptek məntəqəsinin və 1 aptek köşkünün fəaliyyətləri dayandırılmışdır

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin məktublarına əsasən Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən keçirilmiş reyd zamanı nöqsan və çatışmazlıqlar aşkar olunduğu üçün Zamanov Əhməd Rüstəm oğluna əczaçılıq (aptek məntəqəsi ) fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (Lisenziya № 016097, qeydiyyat № 0689, verilmə tarixi 18.02.2005-ci il), İsmayılov Əyyub Yusif oğluna əczaçılıq (aptek köşkü) fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (Lisenziya № 006300, qeydiyyat № 0260, verilmə tarixi 02.10.2003-cü il), “Şans” Firmasına verilmiş xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən aptek məntəqəsinin (Lisenziya № 006408, qeydiyyat № 0368, верилмя тарихи 05.04.2005-ci il) fəaliyyətləri Səhiyyə Nazirliyinin 28 may 2008-ci il tarixli müvafiq Sərəncamlarına uyğun olaraq dayandırılmışdır.

 

Lisenziyalaşdırma və nəzarət sektoru

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013