Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sın ki, bir ay müddətində:

 

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.4. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsinin maliyyələşdirilməsi qaydasını müəyyən etsin;

 

1.5. həmin Qanunun 7.2-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmini, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısını və miqdarını, habelə bu preparat və vasitələrlə təminat qaydasını müəyyən etsin;

 

1.6. bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

 

1.7. öz səlahiyyətləri daxilində «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

2.1. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci, 6.1-ci, 7.1-ci, 7.2-c.i və 7.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

2.2. həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir;

 

2.3. həmin Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»mn səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

2.4. həmin Qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə «Şəkərli diabet üzrə Dövlət Proqramı»nın üç ay müddətində hazırlanmasını və təsdiq edilməsini təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 fevral 2004-cü il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013