Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

SINAQ TEST İMTAHANLARI

İlkin sınaq test imtahanları dekabr ayının 15, 16 və 17-də keçiriləcək

 

Sertifikasiyaya dair ilkin sınaq test imtahanları dekabr ayının 15, 16 və 17-də keçiriləcək. Sertifikasiya prosesinin ilkin sınaq test imtahanı - Anesteziologiya-reanimatologiya, Dermatovenerologiya, Kardiologiya, Mamalıq-ginekologiya, Oftalmologiya, Pediatriya, Terapiya və Ümumi cərrahiyyə ixtisasları üzrə keçiriləcək.

 

 

İlkin sınaq test imtahanlarında öz ixtisasına uyğun olaraq könüllü iştirak etmək istəyən tibb işçiləri dekabr ayının 1-dən 10-dək, saat 14.00-17.00-dək 433-08-89, 433-08-87 nömrəli telefonlara zəng vuraraq imtahanda öz iştiraklarını təsdiqlətməlidirlər.

 

İmtahana gələn tibb işçiləri şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) gətirməlidirlər.

 

Test imtahanları Şərifzadə küç.,196 ünvanında (Səhiyyə Nazirliyinin Elmi-Tibbi Kitabxanasının binası, giriş H.Zərdabi prospektindəndir) keçiriləcək.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013