Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sınaq test imtahanları

Sınaq test imtahanları yanvar ayının 13 və 14-də keçiriləcək

 

Sertifikasiyaya dair sınaq test imtahanları yanvar ayının 13 və 14-də keçiriləcək. Sınaq test imtahanları – Revmatologiya, Mikrobiologiya, Neyrocərrahiyyə və Stomatologiya ixtisasları üzrə keçiriləcək.

 

Sınaq test imtahanlarında öz ixtisasına uyğun olaraq könüllü iştirak etmək istəyən tibb işçiləri dekabr ayının 20-dən yanvar ayının10-dək, saat 10.00-17.00-dək 433-08-89, 433-08-87 nömrəli telefonlara zəng vuraraq imtahanda öz iştiraklarını təsdiqlətməlidirlər.

 

İmtahana gələn tibb işçiləri şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) gətirməli və imtahana başlamazdan 1 saat əvvəl gəlməlidirlər.

 

Test imtahanları Şərifzadə küç.,196 ünvanında (Səhiyyə Nazirliyinin Elmi-Tibbi Kitabxanasının binası, giriş H.Zərdabi prospektindəndir) keçiriləcək.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013