Sumqayıt şəhər Səhiyyə şöbəsi (29.01.08)
Açıq tender elan edir
Tender 6 (altı) Lot üzrə keçirilir.
Lot-1 Dərman preparatları və sarğı ləvazimatları.
Lot-2 Onkoloji və psixotrop dərmanlar
Lot-3 Şəkər əleyhinə dərmanlar
Lot-4 Rentgen plyonka, flüoroqraflk lent, fiksaj, aşkarlayıcı, EKQ lentləri
Lot-5 Laborator reaktivlər və kiçik tibbi alətlər
Lot-6 Dezinfeksiyaedici məhlullar, peyvənd preparatları və peyvənd şprisləri.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 7 nömrəli ünvandan ala bilərlər.
İştirak haqqları:
Lot-1 - 300 manat
Lot-2 - 150 manat
Lot-3 - 250 manat
Lot-4 - 150 manat
Lot-5 - 150 manat
Lot-6 - 150 manat
Təşkilat: Sumqayıt Şəhər Səhiyyə Şöbəsi, Sumqayıt şəhər yerli xəzinədarlığı
Hesab: 32010002020001
VÖEN: 2900381351
Bank: “TEXNİKABANK” ASC Sumqayıt filialı
Kodu: 508795
Müxbir hesab: 01370100031944
S.W.I.F.T BIK TECIAZ
VÖEN bank: 99000006861
İştirak haqqı heç bir halda geri qaytarılmır.
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmahdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifı və bank zəmanəti istisna olmaqla) 3 mart 2008-ci il saat 17.00-a qədər, iş qrafıki, tender təklifı və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 10 mart 2008-ci il saat 17.00-a qədər səhiyyə şöbəsinə (ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 7) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 11 mart 2008-ci il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: İradə Məmmədova
Telefon: 5-76-16
Tender Komissiyası