Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Sürücülərin tibbi müayinəsinin təkmilləşdirilməsi haqqında”

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

ƏMR

 

 

 

№50;  11.05.2011-ci il

 

Bakı şəhəri

 

 

“Sürücülərin tibbi müayinəsinin

təkmilləşdirilməsi haqqında”

 

         Respublikanın şəhər və rayonlarının tibb müəssisələrində sürücülərin tibbi müayinələrin aparılması üçün müvafiq şəraitin olmasını, eləcə də mövcud olan rayonlararası komissiyaların yerləşdiyi tibb müəssisələrinə gediş-gəlişin əlavə çətinlik yaratmasını nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

         1. Səhiyyə Nazirliyinin tabeliyində olan tibb idarə və müəssisələrin rəhbərlərinə  tapşırılsın:

         1.1. sürücülərin tibbi müayinəsinin ərazi poliklinikaları (poliklinika şöbələri) tərəfindən həyata keçirilməsi təmin edilsin;

         1.2. müayinələri keçirən tibb müəssisələri Səhiyyə Nazirliyinin 09.10.2002-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş 083 nömrəli forma-blanklarla təmin edilsin.

         2. “Bakı şəhər Sürücülərin Tibbi Müayinə Mərkəzi” “Bakı şəhər təsərrüfat hesablı poliklinikası”na çevrilsin.

         3. Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyovaya tapşırılsın ki, bu əmrin 2-ci bəndindən irəli gələn məsələlər həll edilsin.

         4.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  “Sürücülərin tibbi müayinə xidmətinin təkmilləşdirilməsi haqqında” 13.12.1999-cu il tarixli 154 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

         5. Əmrin icrasına nəzarət Nazir müavini Nigar Əliyevaya həvalə edilsin.

 

 

    Oqtay Şirəliyev

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013