Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Təcili Təxirəsalınmaz Tibbi Yardım göstərilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinin 19 avqust 2008-ci il tarixli 17/19-3443 nömrəli məktubu

Təcili Təxirəsalınmaz Tibbi Yardım göstərilməsi ilə əlaqədar

 

(Səhiyyə Nazirliyinin 19 avqust 2008-ci il tarixli 17/19-3443 nömrəli məktubu)

 

Səhiyyə Nazirliyi tərəfindən özəl tibb müəssisələrinin lisenziyalaşdırılması zamanı, özəl tibb müəssisələrinin əksəriyyətində, təcili təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün mövcud tibbi şərait nəzərə alınaraq, bu xidmət növünün göstərilməsinə icazə verilməmişdir. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, təcili təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət etmiş və stasionara hospitalizasiya zərurəti yaranmış vətəndaşların dövlət stasionarlarında yerləşdirilməsi tövsiyə olunur.

 

Stasionar fəaliyyət göstərən özəl tibb müəssisələrində təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan, hospitalizasiya zərurəti yaranmış vətəndaşların yerləşdirilməsi istisna hallarda vətəndaşın həyatı üçün təhlükə törədəcək ekstremal vəziyyət hallarında, vətəndaş və ya qohumları tərəfindən şəxsən müraciət olunub təkid edilməsi hallarında, yazılı iltizamnamə alındıqdan sonra mümkündür.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013