Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Təkrar reydlər və stastistik qeydlər

21 may 2008

 

Təkrar reydlər və stastistik qeydlər. Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi Nərimanov və Nəsimi rayonlarında fəaliyyət göstərən apteklərdə təkrar yoxlamaları başa çatdırıb

 

Ə.NURİ

 

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) paytaxtda fəaliyyət göstərən apteklərdə yoxlamaları davam etdirir. «Əczaçılıq xəbərləri»nin ötən saylarında Nərimanov və Nəsimi rayonlarında keçirilmiş ilkin reydlərin nəticələri, aşkar olunan nöqsan və çatışmazlıqlar barədə ətraflı məlumat vermişdik. Bu dəfə oxucularımızı sözügedən rayonlarda aparılmış təkrar yoxlamaların nəticələri ilə tanış edəcəyik.

 

NƏRİMANOV RAYONU

DVAEM-in inspektorları 22-25 aprel aralığında Nərimanov rayonunda 50-si lisenziyalı, 17-si nömrəli, 2-si isə qanunsuz olmaqla, 69 aptekə təkrar baxış keçiriblər. Məlum olub ki, bu əczaxanaların əksəriyyətində qüsurlar tamamilə və ya qismən aradan qaldırılıb. Amma elə əczaxanalar da var ki, indiyədək DVAEM-in tələblərindən heç birini yerinə yetirməyib. Ümumiyyətlə, Nərimanov rayonundakı apteklərin vəziyyətini belə xarakterizə etmək olar: 69 aptekdən 10-da qüsurlar tam, 38-də isə qismən aradan qaldırılıb. 14 aptekdə heç bir problem həll olunmayıb, 1-i qanunsuz olmaqla 5 aptekin fəaliyyəti dayandırılıb. 2 obyektdə isə hazırda təmir işləri aparılır.

 

Qanunsuz apteklər

Gəlin, əvvəlcə qanunsuz apteklərlə tanış olaq: Ə.Ağaoğlu küçəsi, 7 ünvanında fəaliyyət göstərən aptek; A.Nemətulla küçəsi, 50-də «Şahin» aptek məntəqəsi. Qeyd edək ki, bu apteklərdən birincisi həm qanunsuz olmasına, həm də müvafiq normativ tələblərə cavab vermədiyinə görə, onun fəaliyyətinin dayandırılması haqqında akt tərtib olunub. İkinci aptek isə artıq bağlanıb.

 

«Qara siyahı»…

İlkin reydlər zamanı aşkar olunmuş nöqsanlardan heç birini aradan qaldırmayan, belə demək mümkünsə, DVAEM-in iradlarına məhəl qoymayan apteklər isə bunlardır: A.Nemətulla küçəsi, 23-də Müslümzadə Samir Ağabala oğluna məxsus (lisenziya: 001854) aptek məntəqəsi; Ə.Əlizadə küçəsi, 42/9-20-də Əlizadə Ənvər Məhəmməd oğluna məxsus (lisenziya: 015207) aptek məntəqəsi; Z.Xəlilov və Mayakovski küçələrinin kəsişməsində, Eldar Valeh oğlu Abdullayevə məxsus (lisenziya: 016093) aptek köşkü; S.Vurğun küçəsi, 140-da «Neyro Med» MMC-yə məxsus (lisenziya: 014132) aptek məntəqəsi; Təbriz küçəsi, 87/72-də Tahirə Hacıkərim qızı Quliyevaya məxsus (lisenziya: 017103) aptek köşkü; F.Xoyski küçəsi, 120/23-də Ülfət Davud qızı Həbibovaya məxsus (lisenziya: 006397) aptek köşkü; Azadlıq prospekti, 154-də 1013 nömrəli aptek (müdiri M.Mustafazadə); Atatürk prospekti, 27-də Züleyxa Kamal qızı Axundovaya məxsus (lisenziya: 014105) aptek məntəqəsi; Atatürk prospekti, 9-da 906 nömrəli aptek (müdiri Lüdmila Qərib qızı Əhmədova); Hidayətzadə küçəsi, 4-də 869 nömrəli aptek (müdiri Mirmehdi Mirağa oğlu Nəsirov); Koroğlu Rəhimov küçəsi, 26 «A»-da Kəmalə Zərdabi qızı Qafarovaya məxsus (lisenziya: 016974) «MİR» aptek məntəqəsi; Ə.Əliyev küçəsi, 67/76-da 947 nömrəli aptek (müdiri Səhət Həmid qızı İsayeva); Y.Vəzirov küçəsi, 127-də 14 nömrəli aptek (müdiri Aygün Əliheydər qızı Məşədibəyova). Qeyd edək ki, təkrar yoxlamalar zamanı aşkar olunmuş nöqsanları aradan qaldırmaq üçün sözügedən apteklərin rəhbərlərinə sonuncu dəfə xəbərdarlıq olunub və vaxt verilib. DVAEM-dən aldığımız məlumata görə, qısa müddətdə problemlər həll olunmasa, bu əczaxanaların fəaliyyəti dayandırılacaq.

 

Qapılar bağlanır! Çünki…

Onu da qeyd edək ki, aprel ayının ikinci yarısında Nərimanov rayonu ərazisindəki apteklərdən 4-nün fəaliyyəti dayandırılıb. Bunlardan 3-nün bağlanmasına səbəb onlara verilmiş lisenziyanın vaxtının bitməsidir. A.Nemətulla küçəsi, 68-də yerləşən 1000 nömrəli aptek (müdiri Arzu Rüstəm oğlu Həsənov) isə müvafiq normativ tələblərə cavab vermədiyi üçün bağlanıb.

DVAEM-in inspektorları 23 aprel-7 may aralığında Nəsimi rayonu ərazisində 71-i lisenziyalı, 26-sı nömrəli, 3-ü qanunsuz olmaqla 100 aptekə təkrar baxış keçiriblər. Bəri başdan qeyd edək ki, Nərimanov rayonu ilə müqayisədə Nəsimi apteklərinin vəziyyəti daha pisdir. Təsadüfi deyil ki, 100 aptekdən cəmisi 11-də bütün çatışmazlıqlar aradan qaldırılıb. 26 aptekdə indiyədək heç bir problem həll edilməyib. 46 əczaxanada isə DVAEM-in tələblərinə qismən əməl olunub. 3 aptekdə hazırda təmir işləri aparılır.

 

6-sı bağlanıb, 4-ü bağlanacaq…

Təkrar yoxlamalar zamanı məlum olub ki, Mərdanov qardaşları küçəsi, 116 «A» ünvanında yerləşən (lisenziya: 017034) «Şəfa» aptek məntəqəsi müvafiq normativ tələblərə cavab vermədiyi üçün, 3 aptek isə lisenziyanın vaxtı bitdiyi üçün öz fəaliyyətini dayandırıb.

Müvafiq normativ tələblərə cavab vermədiyi üçün daha 3 aptekin fəaliyyətinin dayandırılması haqqında DVAEM-in inspektorları tərəfindən akt tərtib edilib. Həmin əczaxanalar bunlardır: Tağızadə küçəsi, 7-də Sabirə Sabir qızı Mövlamovaya məxsus (lisenziya: 017080) «EL-FARM» aptek məntəqəsi; S.Vurğun küçəsi, 46-da Xumarə Şamil qızı Haşımovaya məxsus (lisenziya: 017134) «Retard» aptek köşkü; Bülbül prospekti, 47-də Arzu Əkbər qızı Abdullayevaya məxsus (lisenziya: 001806) «Milana» aptek köşkü.

Nəhayət, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən qanunsuz apteklərlə tanış olaq: 20 Yanvar küçəsi, 2/51-də Oqtay Qeysəddin oğlu Əzizova məxsus aptek; 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, 22 «A»-da Mirmövsüm Hüseynova məxsus aptek; A.Məmmədov küçəsi, 45-də Əli Fətəliyevə məxsus aptek. Hər üç əczaxananın fəaliyyətinin dayandırılması ilə bağlı onların sahiblərinə rəsmi xəbərdarlıq olunub. Bu apteklərdən də sonuncu ikisi artıq bağlanıb.

 

İlk reyddən nəticə çıxarmayanlar…

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, təkrar yoxlamalar zamanı məlum olub ki, DVAEM-in verdiyi vaxt artıq başa çatsa da, Nəsimi rayonu ərazisindəki bəzi əczaxanalar indiyədək heç bir nöqsanı aradan qaldırmayıb. Həmin apteklər bunlardır: Tbilisi prospekti, 46/16-da İradə Alməmməd qızı Abbasovaya məxsus (lisenziya: 006528) «İlkin» aptek məntəqəsi; Tağızadə küçəsi, 47/1-də Lalə Hilal qızı Abbasovaya məxsus (lisenziya: 006515) aptek məntəqəsi; 20 Yanvar küçəsi, 2/51-də 544 nömrəli aptek (müdiri Elbəyi Möhbalı oğlu Şahverdiyev); 3-cü mikrorayon, Cavad xan küçəsi, 16-da Ulduz Abbas qızı İbrahimovaya məxsus (lisenziya: 006418) aptek məntəqəsi; H.Əliyev küçəsi, 2-də Mənsim Mehdi oğlu Mənsimova məxsus (lisenziya: 015191) «Loğman» aptek məntəqəsi; 3-cü mikrorayon, H.Əliyev küçəsi, 4/31-də Eldəniz İsmayıl oğlu Qəhrəmanova məxsus (lisenziya: 016935) «Dağ çiçəyi» aptek məntəqəsi; 3-cü mikrorayon, H.Əliyev küçəsi, 44/20-də «LİDERFARM» ASC-yə məxsus (lisenziya: 017099) aptek məntəqəsi; Cavad xan küçəsi, 17-də «EVROMED» Özəl Tibb Mərkəzinə məxsus (lisenziya: 016960) «EVROMED» aptek məntəqəsi; 20 Yanvar küçəsi, 6-da 529 nömrəli aptek (müdiri Tükəzban Əhməd qızı Abbasova); 20 Yanvar küçəsi, 3-də 30 nömrəli aptek (müdiri Mirkərim Tahir oğlu Kazımov); 4-cü mikrorayon, Cəbiyev küçəsi, 16-da Təranə Sədrəddin qızı Əliyevaya məxsus (lisenziya: 016883) «Sevinc» aptek məntəqəsi; F.Qasımzadə küçəsi, 22-də Emin Fərman oğlu Əhmədova məxsus (lisenziya: 015252) «Aynur» aptek məntəqəsi; M.Qasımov küçəsi, 10/54-də yerləşən (lisenziya: 017045) aptek məntəqəsi; C.Məmmədquluzadə küçəsi, 99-da «FARM+» MMC-yə məxsus (lisenziya: 017348) «Romaşka» aptek məntəqəsi; Azadlıq prospekti, 63-də «SEVİNC»-R.H.» MMC-yə məxsus (lisenziya: 00358) aptek məntəqəsi; S.Əsgərova küçəsi, 157/2-də İlham Nurəli oğlu Ağayevə məxsus (lisenziya: 006337) aptek məntəqəsi; S.Rəhimov küçəsi, 188-də «Sağlamlıq və Gözəllik Mərkəzi» MMC-yə məxsus (lisenziya: 001950) aptek köşkü; Ş.Bədəlbəyli küçəsi, 83/16-da «PLANETA» İstehsalat Kommersiya Şirkətinə məxsus (lisenziya: 006306) aptek məntəqəsi; Füzuli küçəsi, 65-də 274 nömrəli aptek (müdiri Elxan Adil oğlu Rəhimzadə); Füzuli küçəsi, 82-də yerləşən (lisenziya: 017074) aptek məntəqəsi; Füzuli küçəsi, 28-də Nüşabə Arif qızı Hüseynovaya məxsus (lisenziya: 016967) aptek məntəqəsi; C.Hacıbəyli küçəsi, 25/21-də Yaqut Dadaş qızı Rüstəmovaya məxsus (lisenziya: 013681) aptek köşkü; 28 May küçəsi, 44/12-də «TƏBİB-T.M.» firmasına məxsus (lisenziya: 001928) «TƏBİB-T.M.» aptek məntəqəsi; F.Əmirov küçəsi, 13-də 655 nömrəli aptek (müdiri Nərgiz Canbaxış qızı Salmanova); 28 May küçəsi, 20-də 894 nömrəli aptek (müdiri Şərafət Səmədova), 28 May küçəsi, 62-də 545 nömrəli aptek (müdiri Tələt Əliyev); M.Əliyev küçəsi, 201-də Rauf Sərhat oğlu Mahmudova məxsus (lisenziya: 017180) «Kəmalə» aptek məntəqəsi.

DVAEM-dən aldığımız məlumata görə, bu apteklərin rəhbərlərinə sonuncu dəfə xəbərdarlıq olunub. Əgər nöqsanlar qısa müddətdə aradan qaldırılmasa, sözügedən obyektlərin fəaliyyəti dayandırılacaq.

 

P.S. DVAEM paytaxtda fəaliyyət göstərən apteklərdə təkrar yoxlamaları davam etdirir. «Əczaçılıq xəbərləri»nin növbəti sayında oxucularımızı Yasamal rayonu ərazisindəki əczaxanalarda keçirilmiş yoxlamaların nəticələri ilə tanış edəcəyik.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013