Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

«Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat»ın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 078 / 15.05.2009-cu il

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1. «Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat» təsdiq edilsin.

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-ju il 15 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair

 

Nümunəvi Təlimat

 

 

Qeyd. Əməliyyat qruplarının rəhbərləri qarşıya qoyulmuş məsələnin həlli üçün hər bir qrup üzvünün konkret vəzifəsini müəyyənləşdirməli, şəxsi heyəti rabitə vasitələri, silah və xüsusi vasitələrlə təmin etməlidirlər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013