Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Elektron sağlamlıq kartı” sistemindən istifadə Qaydaları”nın və “Tibbi müayinə kartı” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

“Elektron sağlamlıq kartı” sistemindən istifadə Qaydaları”nın və

“Tibbi müayinə kartı” sistemindən istifadə Qaydaları”nın

təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 və 143 nömrəli qərarları ilə təsdiq edilmiş “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları”na və «Elektron sağlamlıq kartı» sisteminin tətbiqi Qaydaları”na əsasən yaradılan “Tibbi müayinə kartı” və “Elektron sağlamlıq kartı” sistemlərinə keçidi təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Elektron sağlamlıq kartı” sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Tibbi müayinə kartı” sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Səhiyyə Nazirliyi İctimai səhiyyə və islahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədova tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş qaydaların tətbiqi ilə bağlı təşkilati və digər məsələləri həll etsin.

4. Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş Qaydaların yerlərdə icrasını öz səlahiyyətləri daxilində təmin etsinlər.

5. Əmrin icrasına nəzarət nazir müavinləri Abbas Vəlibəyova və Sənan Kərimova həvalə edilsin.

 

OQTAY ŞİRƏLİYEV Azərbaycan Respublikasının Səhiyyə Naziri

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013