Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə»

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

«Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi sahəsində əlavə tədbirləri həyata keçirmək məqsədi ilə qərara alıram:

 

1. «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanına (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, 3 (iki kitabda, I kitab, maddə 163) aşağıdakı dəyişiklik edilsin:

 

Fərmanın 2-ci bəndi aşağıdakı redaksiyada verilsin: «həmin qanunun 4-cü maddəsinin dördüncü və altıncı hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 9-cu maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 16-cı maddəsinin dördüncü abzasında və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nm səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir»;

 

Fərmanın 1-ci bəndinin səkkizinci abzası qüvvədən düşmüş hesab edilsin.

 

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 avqust 2002-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013