Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlər və xidmətlərin Siyahısının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari

 

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 noyabr tarixli 650 nömrəli Fərmanının 2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "Tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlər və xidmətlərin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Y.EYYUBOV

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

  Bakı şəhəri, 31 mart 2009-cu il

№ 49

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013