Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİ 2011-ci İLDƏ BİTİRƏN MƏZUNLARIN DİQQƏTİNƏ!

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİ 2011-ci İLDƏ BİTİRƏN MƏZUNLARIN DİQQƏTİNƏ!

 

Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2009-cu il tarixli 156 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2011-ci ildən etibarən respublikada tibb təhsili əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsi veriləcək.

 

Rezidenturaya qəbul və bu səviyyədə həkim hazırlığı  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləçək imtahanlar əsasında aparılacaqdır.

 

Bu məqsədlə Səhiyyə Nazirliyinin  “Rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında” 23 iyul 2010-cu il tarixli  57 nömrəli əmri  ilə rezidenturada ixtisaslar üzrə təhsil müddəti, həkim-mütəxəssislərin hazırlığını aparan təhsil, elm müəssisələri və klinikaların siyahısı təsdiq edilmişdir.

 

Eyni zamanda sözügedən əmrdə rezidentura səviyyəsində hazırlıq keçmək iddiasında  olmayan və rezidenturaya qəbul olunmayan məzunlar üçün  baza ali tibb təhsili əsasında tibb müəssisələrində həkim fəaliyyəti ilə məşğul olmağa icazə verilən həkim vəzifələrinin  siyahısı təsdiq edilmişdir.

 

Göstərilən vəzifələr üzrə respublikanın səhiyyə müəssisələrində mövcud olan vakant yerləri diqqətinizə təqdim edərək, nəzərinizə çatdırırıq ki, məzunların seçəcəkləri vəzifələr onların ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olaraq) olmalıdır.

 

SİYAHIda göstərilən vəzifələr üzrə  çalışmaq arzusunda olan məzun vakant iş yerləri olan  tibb müəssisələrinə elan verildiyi gündən etibarən 30 gün ərzində müraciət edərək aşağıda göstərilən sənədləri təqdim etməlidir:

 

-  müəssisə rəhbərinin adına yazılmış ərizə;

 

-  şəxsiyyət  vəsiqəsinin surəti;

 

-  təhsil haqqında sənədlərin surətləri;

 

-  əmək kitabçasının surəti (mövcud olduğu halda);

 

 -  sağlamlıq haqqında arayış.

 

İşə qəbul olunmaq məsələsi ilə bağlı yerlərdə yaranmış problemlər olduğu halda, bilavasitə, nazirliyin Kadrlar, elm və təhsil şöbəsinə məlumat verilməlidir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013