Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıt Şəhər Uşaq Xəstəxanası (30.05.08)

Açıq tender elan edir

Tender 1 (bir) lot üzrə aparılır:

 

LOT-1. Əsas vəsaitlər (digər maşın və avadanlıqlar).

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

 

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba göçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Sumqayıt şəhəri, 10-cu məhəllə, tibb şəhərciyi (Uşaq xəstəxanası) ünvanından ala bilərlər.

 

İştirak haqqı:

LOT-1—120 manatdır.

Təşkilat: Sumqayıt şəhər Uşaq Xəstəxanası,

 

Sumqayıt Şəhər Yerli Xəzinədarlığı

 

Hesab: 32010002020001
VÖEN: 2900380561
Bank: "Texnikabank" ASC Sumqayıt filialı
Kodu: 508795
Müxbir hesabı: 0137010031944
S.W.I.F.T. BIK TECİAZ 22
VÖEN bank: 9900000681


İştirak haqqı heç bir halda geri qaytarılmır.

 


Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxanda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 02 iyul 2008-ci il saat 17:00-dək, iş qrafiki tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 09 iyul 2008-ci il saat 17:00-dək Sumqayıt Şəhər Uşaq Xəstəxanasına (ünvan: 10-cu məhəllə, tibb şəhərciyi) təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

Təklif zərfləri 10 iyul 2008-ci il saat 11:00-da yuxanda qeyd olunan ünvanda açılacaqdır.

 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər.

 

Əlaqələndirici şəxs: Kəmalə Məhərrəmova

Telefon: 645-73-80

Ünvan: Sumqayıt şəhəri, 10-cu məhəllə, tibb şəhərciyi, uşaq xəstəxanası

 

Tender Komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013