Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Azərbaycan Respubldikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sın ki, iki ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

- «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş «Vərəm xəstəliyinin yayılmasının qarşı-sının alınması üzrə Milli Proqram»ın qəbul edilməsini təmin et-sin;

 

- həmin Qanunun 13-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin siyahısını müəyyən etsin;

 

- həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müavinətin verilmə qaydasını və şərtlərini müəyyən etsin;

 

- bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

 

- həmin Qanunun 8-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasında və-rəmlə mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

- «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci his-səsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci hissəsində, 8-ci maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin üçüncü hissəsində, 13-cü maddəsinin birinci və altıncı hissələrində və 14-cü maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

- həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 10-cu maddəsinin birinci, ikinci və dördüncü hissələrində və 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

- həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli qurumları həyata keçirirlər;

 

- həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

 

- həmin Qanunun 13-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş vərəm mikrobakteriyaları ifrazedicisi olan şəxsin növbədənkənar və ya ilk növbədə aldığı mənzil üzərində hüququnu təsdiq edən sənəddə həmin mənzilin xəstəlik ilə əlaqədar verildiyi barədə qeyd yazılmalıdır;

 

- həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində və 6-cı maddəsinin birinci hissəsində «xüsusi razılıq» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq surətdə verilmiş xüsusi razılıq (lisenziya) nəzərdə tutulur.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 iyul 2000-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013