Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vəziyyət müsbətə doğru dəyişir

30 iyun 2008

 

Vəziyyət müsbətə doğru dəyişir

 

Statistika göstərir ki, Yasamal apteklərinin əksəriyyətində ilk reydlər zamanı aşkar olunmuş nöqsanlar tam aradan qaldırılıb

 

Ə.NURİ

 

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi paytaxtın Yasamal rayonu ərazisində fəaliyyət göstərən apteklərdə təkrar reydləri başa çatdırıb. Statistika göstərir ki, ilk yoxlamalardan sonra bu rayondakı apteklərdə müsbətə doğru xeyli ciddi dəyişikliklər baş verib. Gəlin konkret faktlara diqqət yetirək…

 

Əvvəla, onu qeyd edək ki, paytaxtın digər rayonlarında olduğu kimi, Yasamal apteklərində də ilk reydlər zamanı xeyli qusurlar aşkar olunmuşdu. Belə demək mümkünsə, vəziyyəti pis olan apteklərin sayı yaxşı əczaxanaların sayından qat-qat çox idi. Lakin ilk reydlərdən sonra nümunəvi apteklərin sayı digərlərini əməlli-başlı üstələyib.

 

DVAEM-in inspektorları Yasamal rayonunda 57-si lisenziyalı, 21-i nömrəli, 1-i isə qanunsuz olmaqla, ümumilikdə 79 aptekə təkrar baxış keçiriblər. Məlum olub ki, bunlardan 44-ündə qusurlar tamamən, 16-sında qismən aradan qaldırılıb. Qalan 19 aptekdə isə problemlər hələ də öz həllini gözləyir. Qeyd edək ki, bu 19 aptekdən biri qanunsuz fəaliyyət göstərdiyi üçün (A.Şərifzadə küçəsi, metronun «İnşaatçılar» stansiyasının yanındakı ticarət cərgəsində Sabir Ağabağır oğlu Bağırova məxsus) onun sahibinə rəsmi xəbərdarlıq olunub. Daha iki əczaxana isə – biri yerdəyişmə haqqında sənədi olmadığına görə (A.Şərifzadə küçəsi, 94-də «L-U-C-K-Y» MMC-yə məxsus (lisenziya 006303)), digəri isə naməlum səbəbdən (A.Abbasov küçəsi, 16-da 329 nömrəli aptek, müdiri Ema Eldar qızı Zeynalova) – öz fəaliyyətini dayandırıb.

 

Adı «pislər»in siyahısına düşən digər 16 aptek isə bunlardır: M.A.Əliyev küçəsi, 128-də 244 nömrəli aptek (müdiri Sevinc Kamal qızı Dadaşova), Z.Xəlilov küçəsi, 30 «A»-da 34 nömrəli aptek (müdiri Xuraman Vahid qızı Mustafayeva), İnşaatçılar prospekti, 3/1-də Hüsnücahan Ağahüseyn qızı Babayevaya məxsus (lisenziya 014129) aptek köşkü, Yeni Yasamalda D.Bünyadzadə küçəsi, 230-da 678 nömrəli aptek (müdiri Şəbnəm Əhməd qızı Hüseynova), İzmir küçəsi, 9-da Sevinc Kamal qızı Axundovaya məxsus (lisenziya 013670) aptek köşkü, Şahbazi küçəsi, 98-də İlqar Mirməmməd oğlu Qiyasova məxsus (lisenziya 017060) aptek köşkü, H.Cavid prospekti, 89/48-də Mədinə Əbdülkərim qızı Məmmədovaya məxsus (lisenziya 001871) aptek köşkü, F.Ağayev küçəsi, 556/557-ci məhəllədə Xalidə Həsən qızı Hacıyevaya məxsus (lisenziya 006431) «Savalan» aptek məntəqəsi, B.Bağırov küçəsi, 1-də Səmayə Fərzəli qızı Əhmədovaya məxsus (lisenziya 006293) aptek köşkü, A.Şərifzadə küçəsi, 203-də aptek məntəqəsi (lisenziya 017054), A.Şərifzadə küçəsi, 119-da 720 nömrəli aptek (müdiri Mahir Yunusov), A.Şərifzadə küçəsi, 3152/3154-də Şəhla Səttar qızı Bədirxanovaya məxsus (lisenziya 006492) «Təbib» aptek məntəqəsi, H.B.Zərdabi küçəsi, 55-də «AVN-MED» müəssisəsinə məxsus (lisenziya 006417) aptek məntəqəsi, H.Cavid prospekti, 6«A»-da İlham Həbib oğlu Əliyevə məxsus (lisenziya 006412) aptek məntəqəsi, H.Cavid prospekti, 1-də 895 nömrəli aptek (müdiri Reyhan Tarix qızı Əliyeva), Ş.Mehdiyev küçəsi, 95-də 14 nömrəli aptek (müdiri Səltənət İbrahim qızı İbrahimova).

 

DVAEM-dən aldığımız məlumata görə, bu apteklərin rəhbərlərinə qısa mıddətdə qüsurları aradan qaldırmaq üçün sonuncu dəfə xəbərdarlıq olunub. Əks təqdirdə sözügedən əczaxanaların fəaliyyəti dayandırılacaq.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013