Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Özəl tibb müəssisələrinin rəhbərlərinə Xüsusi resept blanklarının tətbiqi və istifadəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin 12 avqust 2008-ci il tarixli 17/19-3343 nömrəli məktubu

Özəl tibb müəssisələrinin rəhbərlərinə

 

Xüsusi resept blanklarının tətbiqi və istifadəsi ilə əlaqədar

(Səhiyyə Nazirliyinin 12 avqust 2008-ci il tarixli 17/19-3343 nömrəli məktubu)

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 may 2007-ci il tarixli “ Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinə əsasən bütün dərman vasitələri (reseptsiz buraxılan dərman vasitələri istisna olmaqla) yalnız xüsusi resept blanklarında –müvafiq qaydada tərtib olunmuş reseptlərdə yazılmalıdır. Rəhbərlik etdiyiniz tibb müəssisəsində həkimlərin bu əmrdən irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməyiniz tövsiyə olunur.

Nümunə üçün reseptlərin nüsxələri əlavə olunur.

 


 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013