Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Özəl tibb müəssisələrinin rəhbərlərinə Xarici mütəxəssisin özəl müəssisəyə dəvət olunması ilə əlaqədar Səhiyyə Nazirliyinin 16.07.2009-cu il tarixli02/19-2994 nömrəli məktubu

Özəl tibb müəssisələrinin rəhbərlərinə

Xarici mütəxəssisin özəl müəssisəyə dəvət olunması ilə əlaqədar

 

(Səhiyyə Nazirliyinin 16.07.2009-cu il tarixli02/19-2994 nömrəli məktubu)

 

Son zamanlar respublikamızda fəaliyyət göstərən özəl tibb müəssisələri tərəfindən Səhiyyə Nazirliyini xəbərdar etmədən xarici ölkələrdən mütəxəssislər dəvət olunurlar. Qeyd olunanı nəzərə alaraq, rəhbəri olduğunuz müəssisəyə dəvət olunan mütəxəssislər barədə bir ay öncədən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinə aşağıdakı sənədlər də daxil olmaqla, məlumat verməyinizi xahiş edirik:xarici mütəxəssisin özəl müəssisəyə dəvət olunmasının məqsədi;

 

1. xarici mütəxəssisin özəl müəssisədə fəaliyyət göstərəcəyi müddət;

 

2. özəl müəssisə ilə mütəxəssis arasında əməkdaşlıq barədə bağlanmış müqavilənin surəti;

 

3. mütəxəssis barədə məlumat (hansı ölkədəndir, diplomu, elmi dərəcəsini təsdiq edən sənəd, iş yeri və vəzifəsi haqqında məlumat);

 

Eyni zamanda, təkrarən nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında” 07 noyabr 2001-ci il tarixli 176 nömrəli Qərarına əsasən xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan respublikasının vətəndaşları yalnız Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 saylı əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında tibb müəssisəsində fəaliyyət göstərə və işə qəbul oluna bilərlər.

 

Tibbi yardımın təşkili şöbəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013