Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçi qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçi qəbul edib

O.Şirəliyev ölkə başçısının səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində görülən işlər, əldə olunan nailiyyətlər, son illər tikilib istifadəyə verilən çoxsaylı tibb ocaqları haqda məlumat verdi.

 

Nazir eyni zamanda Rostrapoviç - Vişnevskaya Fondunun Azərbaycanda həyata keçirdiyi uğurlu proqramlardan danışdı. Bildirildi ki, Fondun Səhiyyə Nazirliyi ilə birgə təşkil etdiyi Milli İmmunlaşdırma Kampaniyası, həmçinin birgə həyata keçirilən milli peyvənd təqviminə uyğun olaraq rutin peyvənd proqramı sayəsində ölkə ərazisində qızılca, parotit və məxmərək kimi xəstəliklərin göstəriciləri xeyli aşağı düşüb.

 

Səmimi qarşılanmaya görə minnətdarlıq edən Yelena Rostrapoviç öz növbəsində hər zaman Azərbaycanda həyata keçirilən səhiyyə proqramlarına dəstək verməyə hazır olduqlarını bildirdi.

 

Görüşün sonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Rostrapoviç - Vişnevskaya Fondu arasında 2010-2012-ci illərdə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yenidoğulmuş uşaqların HepB-ə qarşı profilaktikası” və “məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramlarının genişləndirilməsi ilə bağlı ikitərəfli əməkdaşlıq müqaviləsi imzalandı.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

3/08/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013