Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti müsahibəsi keçirilmişdir
26 yanvar 2010-cu il tarixində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti ikinci mərhələsi - müsahibəsi keçirilmişdir.
Müsahibədə 12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya ixtisası üzrə test imtahanı verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər. Sertifikasiya komissiyanın yekdil qərarına görə, müsahibədə iştirak edən 7 həkim növbəti mərhələni də uğurla keçmişlər.