Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
26.01.2011-ci il tarixində dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 54 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 96% (52 nəfər) uğurlu nəticələr əldə etmişdir.
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.
Növbəti, revmotologiya ixtisası üzrə imtahan 02.02.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
28/01/2011