Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bir qrup çexiyalı ortoped- cərrah hazırda Azərbaycandadır

Qonaqlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusi razılıq və dəstəyi ilə yanvar 31-dən fevralın 3-dək ölkəmizdə olacaqlar. Çexiya Respublikasından gələn 3 cərrah-ortoped Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əsasən iri oynaqların (süni oynaqlarla əvəz olunması) əməliyyatlarının icrasında iştirak edirlər.

 

Mürəkkəb əməliyyatların icrasında yardım etmək məqsədi ilə onlarla xəstə müayinə olunmuş və ehtiyacı olanlara cərrahi əməliyyatlar edilmişlər. Bu günə olan məlumata görə, artıq 6 xəstə üzərində dövlət hesabına alınmış inplantlarla həm yerli həm də çexiyalı cərrahlar tərəfindən əməliyyat aparılıb. Əməliyyatlar uğurla başa çatıb.

 

Qonaqların Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutundakı fəaliyyəti bununla kifayətlənmir. Belə ki, onlar həmçinin İnstitutunda iri oynaqların artroplastikasına həsr olunmuş elmi-praktik konfranslarda da iştirak edirlər. Konfransda oynaqların artroplastikası sahəsində müasir dövrdə dünyada tətbiq edilən yeniliklər müzakirə olunur, mövzu ətrafında fikir mübadiləsi aparılır.


Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

2/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013