Revmatologiya ixtisası üzrə keçirilmiş imtahanın nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.
02.01.2011-ci il tarixində revmatologiya ixtisası üzrə keçirilən imtahanda 7 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərin 4 nəfəri (57%) uğurlu nəticələr əldə etmişdir.
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.
Növbəti imtahan mikrobiologiya ixtisası üzrə 16.02.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
7/02/2011