Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb xidmətinin təkmilləşdirilməsinə dair görülən işlər

Səhiyyə Nazirliyində 31.01.2011-ci il tarixində keçirilmiş geniş kollegiya iclasının nəticələri olaraq əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verilən ciddi nöqsanlara görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri tutduğu vəzifədən azad olunub, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilmişdir.

 

Tibb xidmətinin və dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi sahəsində Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatı

8/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013