Azərbaycan hökuməti yeni səhiyyə obyektlərinin inşası üçün tender elan etmişdir
Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu tenderdə həm yerli, həm də əcnəbi podratçıların iştirak edəcəyini bildirir.
Dünya Bankının dəstəyi ilə keçirilən tenderin birinci mərhələsində 4 kənd xəstəxanasının inşası nəzərdə tutulmuşdur. İkinci mərhələdə isə respublikamızın regionlarında 8 çoxfunksiyalı sağlamlaşdırma klinikasının inşası planlaşdırılmışdır.