Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanı keçirilmişdir

16.02.2011-ci il tarixində mikrobiologiya ixtisası üzrə keçirilən imtahanda 20 həkim iştirak etmişdir.

 

Xatırladaq ki, sertifikasiya imtahanlarının ikinci -müsahibə mərhələsindən bu günə kimi üç ixtisas üzrə imtahan keçirilmişdir. Mama–ginekologiya, anesteziologiya-reanimatologiya, dermatovenerologiya ixtisasları üzrə keçirilən müsahibədə iştirakçıların hər biri uğurlu nəticələr əldə etmişdir.

Növbəti test imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə 23.02.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

17/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013