Mikrobiologiya ixtisası üzrə keçirilmiş sertifikasiya imtahanının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanın nəticəsi bəlli oldu.
16.02.2011-ci il tarixində mikrobiologiya ixtisası üzrə keçirilən imtahanda ümumilikdə 20 həkim iştirak etmişdir. İmtahanda iştirak edən həkimlərdən 17 nəfər (85%) uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə 23.02.2011-ci il tarixində keçiriləcək.