Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında əmr imzalanıb

Əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin araşdırılmasının yerlərdə təşkili və bu zaman operativliyin və şəffaflığın təmin olunması məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

 

Nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında imzalanmış əmrə əsasən Bakı şəhərində yerləşən tibb müəssisələrində Səhiyyə Nazirliyinin mütəxəssislərinin təhkimçiliyi tətbiq olunub. Şənbə günü də daxil olmaqla hər iş günü saat 9:00-15:00-dək təhkim olunmuş nazirliyin mütəxəssisləri fəaliyyət göstərəcəklər. Mütəxəssislərə eyni zamanda əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı müraciətlər zamanı onların səlahiyyətlərinə daxil olmayan məsələlərin həlli barədə dərhal Səhiyyə Nazirliyinə məlumatın verilməsi tapşırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013