Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirliyində Qlobal Fondun nümayəndələri ilə görüş keçirilib

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun “qrantların idarə olunması texniki yardım dəstəsi GMS”-in nümayəndə heyətini qəbul edib.

 

İlk olaraq qonaqlar nazir O. Şirəliyevə ölkəmizə səfərlərinin əsas məqsədinin açıqladılar. Əsas məqsədin ölkədəki Əlaqələndirmə Komissiyasının fəaliyyətini analiz edib Qlobal Fondun tələblərinə uyğunluğu təmin etmək, komissiyada struktur və funksional dəyişikliklər etmək, əsas sənədlər toplusunun təkmilləşdirilməsi, eləcə də komissiya üzvləri üçün lazım olan təlim məşğələlərini təşkil etmək olduğunu bildirən nümayəndə heyətinin rəhbəri İrina Reşevska daha sonra səfərləri ərəfəsində müşahidələrinin nəticəsi kimi qeydə aldıqları bəzi təklif və tövsiyələri ilə paylaşdılar.

 

Ölkəmizə dair Qlobal Fondun təklif və tövsiyələrini diqqətlə dinləyən nazir Oqtay Şirəliyev də öz təkliflərini qonaqların nəzərinə çatdırdı. Verilən təkliflər birgə müzakirə olundu. O.Şirəliyev bütün görülmüş işlərin nəticəsi kimi əhaliyə xidmətin əsaslı və konkret şəkildə olmasının vacibliyini vurğuladı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013