Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib.
İnternet saytında Milli Onkologiya Mərkəzinin yaranma tarixi, xəbərlər, rəhbərlik, klinik və diaqnostik şöbələr haqqında məlumatlar, elmi məqalələr, mərkəzlə əlaqə vasitələri də əks olunmuşdur. Saytda həmçinin onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısı da yerləşdirilmişdir.
Maraqlananlar sayta (www.nco.az; www.oncology.az; www.onkologiya.az) daxil olub - azərbaycan, rus və ingilis dillərində istədikləri məlumatı əldə edə bilərlər.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
23/02/2011