Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilmiş sertifikasiya imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanın nəticələri bəlli oldu.

 

23.02.2011-ci il tarixində stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 97 həkim iştirak etmişdir. İştirakçılardan 11 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 96 nəfər (99%) uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları mama-ginekologiya və pediatriya ixtisasları üzrə 02ş03.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

25/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013