Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 23-25 fevral 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Vergilər Nazirliyində, Biləsuvar və Beyləqan Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir. Ümumilikdə 347 nəfər olmaqla aksiyalar zamanı Vergilər Nazirliyində 189 nəfər, Biləsuvar MRX-da 116 nəfər, Beyləqan MRX-da isə 42 nəfər könüllü olaraq qan vermişdir.

 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

28/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013