Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək

24 may 2016-cı il tarixdə AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək.

 

Konfransda tibbin informasiyalaşdırılması problemləri, o cümlədən tibbin informasiyalaşdırılmasının texnoloji və normativ-hüquqi bazası, tibbi informasiya mübadiləsinin qanunvericilik əsasları, e-dövlət platformasında e-tibb, elektron tibb kartları, tibbi müəssisələrin və apteklərin avtomatlaşdırılması, tibbi reyestrlər, tibbi standartlar, klassifikatorlar, e-tibbin terminoloji, sosial-iqtisadi aspektləri müzakirə ediləcək.

 

Həmçinin tədbirdə e-tibdə informasiyanın emalını, menecmentini və müxtəlif təyinatlı qərarların dəstəklənməsini təmin edən informasiya resursları, texnologiyalar, servislər, metod və vasitələr, fasiləsiz tibbi təhsil və kadr problemləri, fundamental tibbi tədqiqatların informasiya dəstəyi, İKT-nin tibbi problemləri və digər mövzular ətrafında məruzələr dinləniləcək.

20/05/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013