Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında yeni əmr imzalanmışdır

Səhiyyə nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış əmrin davamı olaraq yeni “Ezamiyyə barədə ”əmr imzalanmışdır.

 

Əmrə əsasən Respublikanın şəhər və rayonlarında əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin yerində araşdırılması və həllinin təmin edilməsi məqsədi ilə respublikanın 16 iri şəhər və rayonlarına tibb mütəxəssisləri ezam olunacaqlar.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

2/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013