Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mama-ginekologiya və pediatriya ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanın nəticələri bəlli oldu.

 

02.03.2011-ci il tarixində mamalıq-ginekologiya və pediatriya ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 122 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 119 nəfər (98%) uğurlu nəticələr əldə etmişdir.

 

Məlumat üçün qeyd edək ki, sertifikasiyaya dair yanvar-fevral aylarında 12 ixtisas üzrə imtahan keçirilmişdir. Keçirilən test imtahanlarında ümumilikdə 294 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərin 274 (93%) nəfəri uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları psixiatriya və yoluxucu xəstəliklər ixtisasları üzrə 16.03.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

4/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013