Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yeni vahid resept blank forması təsdiqlənmişdir. Səhiyyə Nazirliyinin vəsaiti hesabına çap olunacaq həmin blankların qısa müddət ərzində ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılması nəzərdə tutulub.
Qeyd edək yeni vahid resept blanklarının təsdiqlənməsi əsasən həkim - aptek - əczaçı şirkətləri münasibətlərində yarana biləcək hər hansı bir neqativ halların aradan qaldırılmasına yönəlib.