Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb İşçilərinin Peşə Bayramı Gəncədə təntənə ilə də qeyd olunub

“Ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb ocaqlarının tikilərək istifadəyə verilməsi, avadanlıqlarla təminatın müasir tələblər səviyyəsinə çatdırılması, yüksək ixtisaslı kadrların hazırlanması, əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması dövlət başçısı İlham Əliyevin biz tibb işçiləri qarşısında qoyduğu ən vacib tələblərdən biridir. Biz də öz növbəmizdə bu istiqamətində lazımi addımlar ataraq öz fəaliyyətimizlə, əməli işimizlə bu işlərin öhtəsindən gəlməliyik”. Bu fikirləri 17 iyun Tibb işçilərinin peşə bayramı ilə əlaqədar Gəncə Səhiyyə İdarəsində keçirilən yığıncaqda müəssisənin rəisi, professor Əlikram Məmmədov söyləyib.

 

İdarə rəisi qeyd edib ki, bü gün Azərbaycanın hər yerində olduğu kimi Gəncə şəhərində də xəstəxanaların yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, yeni tibb müəssisələrinin tikilməsi istiqamətində xeyli işlər görülüb. Belə ki, qərb bölgəsində ən iri tibb müəssislərindən sayılan Abbas Səhhət adına xəstəxana, İnfeksion xəstəxana, 6 saylı poliklinika əsaslı təmir olunmuş, müəsisələr yeni avadanlıqlar və invertarlarla təhciz olunub. Professor bildirib ki, bu müəssislərin açılışında ölkə başçısı İlham Əliyev iştirak etmiş, aparılan işlərlə və yaradılan şəraitlə yaxından tanış olmuşdu. Tədbirdə o da vurğulanıb ki, son illər qərb bölgəsinin əhalisinə xidmət göstərən Regional Perinatal Mərkəz, Rayonlararası Hemodializ Mərkəzi, Onkoloji xəstəxanada şüa müalicə bölməsi yüksək keyfiyyətli tibbi xidmət göstərmək üçün şərait yaradır. Yığıncaqda şıxış edənlər əhalinin dispenserizasiyası zamanı müayinə və müalicə işində müşahidə olunan müsbət dinamikanı dövlət qayğısının təzahürü kimi xüsusui qeyd ediblər və tibb işçilərinə yaradılan gözəl şəraitə görə dövlət başçısına xüsusi minnətdarlıqlarını bildiriblər.

 

Tədbirin sonunda Gəncədə səhiyyə xidmətinin müasir tələblər səviyyəsində göstərilməsində zəhməti olan biq qrup tibb işçisinə peşə bayramları münasibəti ilə fəxri fərman, təşəkkürnamə və hədiyyələr təqdim olunub.

 

Səhiyyə Nazirliyi mətbuat Xidmətinin məlumatı

20/06/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013