Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Lökbatan qəsəbəsindəki 4 mərtəbəli Doğum Evinin açılışı olmuşdur

Bu gün Lökbatan qəsəbəsindəki 4 mərtəbəli Doğum Evinin açılışı olmuşdur.

 

Qaradağ rayonunun 60 minə yaxın əhalisinə xidmət edəcək doğum evinin fəaliyyəti sanitar gigiyenik qaydalara cavab vermədiyinə görə, 2010-cu ilin iyun ayında təmir və rekonstruksiya işləri məqsədi ilə dayandırılmışdır. Qısa müddət ərzində ümumi standartlara uyğun qaydada tam təmir olunub istifadəyə verilən doğum evi ümumilikdə 50 çarpayılıqdır. Bunlardan 30 çarpayı doğum şöbəsinin, 15-i genikologiya şöbəsinin, 5 çarpayı isə reanimasiya və intensiv terapiya şöbələrinin payına düşür. Doğum evində 2 əməliyyat və 3 fərdi doğum otaqları da mövcuddur. Müasir tibbi avadanlıq və dərman preparatları ilə təminat, istilik və mərkəzləşdirilmiş qida sistemi tam təchizat əhalinin sağlamlığına xidmət edəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

5/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013