Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə nazirliyində kollegiya iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni təyin olunmuş direktorunun adı açıqlanıb. Klinikaya yeni direktor təyin olunmuş Musayev Surxay Novruz oğlu 1974- cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1989 – 1992 illərdə Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrasında doktoranturada olmuş və tibb elmləri doktoru alimlik dərəcəsi üçün dissertasiya müdafiə etmişdir. 1992-ci ildən bu günə kimi ATU-da I-ci uşaq xəstəlikləri kafedrasında professor vəzifəsində çalışır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

7/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013